Almaniya millisininin və “Leyptsiq”in müdafiəçisi David Raum “Qalatasaray”a keçməyəcək.
Newsport.az “Bild”ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Türkiyə klubuna keçməkdən imtina edib.
O, “Yuventus”, “Mançester Yunayted”, “Bornmut” klublarının dəvətini dəyərləndirəcək.
Raumun “Qalatasaray”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Almaniya millisinin üzvü “Qreyter Fürt”, “Hoffenhaym” klublarında çıxış edib.