Qambiyalı vinger "Liverpul"un hədəfində

"Liverpul" "Brayton"da çıxış edən Yankuba Minteni transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mersisayd təmsilçisi qambiyalı vingerlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Liverpul" 22 yaşlı futbolçu üçün 70 milyon avroluq rəsmi təklif göndərib. Klublar arasında müzakirələr davam edir.

Qeyd edək ki, "Brayton"Yankuba Minteni 2024-cü ilin yayında "Nyukasl"dan 35 milyon avroya transfer edib. Qambiya millisinin üzvü 2025/26 mövsümündə "qağayılar"ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right