İspaniyanın "Sevilya" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, La Liqa təmsilçisi "Sportinq"dən Giorgi Koçoraşvilini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sevilya" gürcüstanlı yarımmüdafiəçi üçün Portuqaliya klubuna 4 milyon avro təzminat ödəyib. 27 yaşlı futbolçu ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Sportinq" Giorgi Koçoraşvilini 2025-ci ilin yayında "Levante"dən 5,5 milyon avroya transfer etmişdi. Gürcüstan millisinin üzvü Lissabon nəhənginin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.