"Real"ın qapıçısı "Yuventus"a keçə bilər

“Real”ın qapıçısı Andrey Lunin karyerasını İtaliyada davam etdirə bilər.

Newsport.az “Tuttomercato”ya istinadən xəbər verir ki, “Yuventus” ukraynalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

Lakin qapıçının özünün Madrid klubunu tərk etmək istəyi yüksək deyil. 27 yaşlı futbolçunun “Real”la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

Ukraynalı “Dnepr”, “Zorya”, “Leqanes”, “Valyadolid”, “Ovyedo” klublarının qapısını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right