"Çelsi"nin futbolçusu "Əl-Hilal"la anlaşdı

"Çelsi"nin futbolçusu Pedro Neto karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, "Əl-Hilal" portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə jurnalist Saşa Tavolyeri məlumat yayıb.

Ərəblər Neto ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıblar. "Əl-Hilal" 26 yaşlı oyunçu üçün İngiltərə klubunun tələb etdiyi 60 milyon avronu ödəməyə hazırdır.

Qeyd edək ki, "Çelsi" Pedro Netonu 2024-cü ilin yayında "Vulverhempton"dan 60 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right