"Mançester Siti"nin ulduzu Səudiyyə Ərəbistanı yolunda

"Əl-Qədisiyyə" komandası "Mançester Siti"nin yarımmüdafiəçisi Ticani Reyndersin transferi ilə bağlı irəliləmiş danışıqlar aparır.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı klubu 28 yaşlı yarımmüdafiəçi üçün təxminən 60 milyon avro ödəməyə hazırdır və İngiltərə klubu ilə razılığa gəlməyə yaxındır.

Hazırda hər şey niderlandlı futbolçunun öz qərarından asılıdır.

Ötən mövsüm Reynders Premyer Liqada keçirdiyi 28 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right