"Tottenhem"in kapitanı Kristian Romero karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Newsport.az xəbər verir ki, "Atletiko" argentinalı müdafiəçini transfer edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Atletiko" 28 yaşlı futbolçu üçün İngiltərə klubuna 40 milyon avro təzminat ödəyəcək. Təcrübəli mərkəz müdafiəçisi Madrid nəhəngi ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Tottenhem" Kristian Romeronu 2021-ci ilin yayında "Atalanta"dan transfer edib. Argentina millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.