"Orhus" - "Sabah" görüşü gec başlayacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Orhus” – “Sabah” matçı əvvəlcədən nəzərdə tutulan vaxtdan 30 dəqiqə gec başlayacaq.

Newsport.az xəbər verir ki, bu barədə hazırda Danimarkada olan İTV-nin əməkdaşı Kənan Hakimov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, görüşə Bakı vaxtı ilə saat 20:30-da deyil, 21:00-da start veriləcəyini bildirib.

Buna səbəb Orhus şəhərindən Randersə gedən yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranan tıxac olub. Tıxac səbəbindən komandaları stadiona aparan avtobuslar gecikib.

Qeyd edək ki, “Orhus” ev oyunlarını Randers stadionunda keçirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right