“Qarabağ”ın sabiq hücumçusu Juninyo “Pumas”ın heyətində het-trik edib.
Newsport.az xəbər verir ki, braziliyalı futbolçus Meksika çempionatının 3-cü turunda "Juarez"lə oyunda 3 qol vurub.
Juninyo 5:1 hesab ilə qalib gəldikləri görüşdə 18, 22 və 48-ci dəqiqələrdə fərqlənib. Bu, onun yeni mövsümdə ilk qolları olub.
Qeyd edək ki, "Pumas" hazırda 6 xalla 2-ci pillədə qərarlaşıb.