“Mançester Yunayted”in vingeri Markus Reşford bu yay yenidən “Barselona”ya qayıtmayacaq.
İngiltərəli futbolçu ötən mövsüm icarə əsasında Kataloniya klubunun formasını geyinsə də, “Barselona” onun transfer hüquqlarını almaq üçün “Mançester Yunayted”lə razılıq əldə edə bilməyib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik Reşfordun gedişindən məyus olduğunu gizlətməyib:
“Markusla işlədiyim üçün çox xoşbəxt idim. Bəzən icarəyə götürülən futbolçularla hər şeyin necə nəticələnəcəyini əvvəlcədən bilmək olmur. Bizim üçün çətin vəziyyət yarandı. Buna baxmayaraq, onunla işləmək böyük zövq idi. Reşford həm fantastik futbolçu, həm də əla insandır. Komanda onun üçün darıxacaq, mən də onun üçün darıxacam. Amma həyat belədir”.
“Barselona” dünən İngiltərədə “Birmingem”lə yoxlama oyunu keçirib. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə meydan sahibləri qalib gəlib.