Almaniya millisinin üzvü "Ayaks"da Rəsmi

"Borussiya"dan ayrılan Yulian Brandtın yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını Niderlandda davam etdirəcək.

Brandt "Ayaks"la anlaşıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi Amsterdam nəhəngi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Yulian Brandt 2019-cu ilin yayından "Borussiya"da çıxış edirdi. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı rəsmi 41 matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right