"Real" İspaniya millisinin hücumçusunu transfer etdi Rəsmi

"Real" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Madrid nəhəngi "Levante"dən Karlos Espini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Real" ispaniyalı forvard üşün onun klubuna 25 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Karlos Espi 2022-ci ilin yayından "Levante"də çıxış edirdi. İspaniya U-20 millisinin üzvü 2025/26 mövsümündə La Liqada meydana çıxdığı 25 matçda 11 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right