"Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karrager PSJ-nin futbolçusu Bredli Barkolun İngiltərə klubuna mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, "Footmercato"ya danışan ingilis veteran fransızın mümkün transferini bu cür dəyərləndirib:
"Barkola çox istedadlı oyunçudur və ötən mövsüm o, davamlı irəliləyişini təsdiqləyib. Klub Barkola üçün böyük məbləğ ödəsə, faktiki olaraq hazırda Riodan daha güclü olan gənc oyunçu ilə müqavilə imzalayacaq”.
Qeyd edək ki, müqavilənin dəyəri təxminən 120 milyon avro ola bilər.
23 yaşlı futbolçunun PSJ ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Fransa millisinin üzvü "Lion"un yetirməsi və sabiq futbolçusudur.