"O, güclü xarakterə və liderlik keyfiyyətlərinə malikdir" - Xabi Alonso

"Çelsi"nin baş məşqçisi Xabi Alonso müdafiəçi Maksans Lakruanın transferi ilə bağlı təəssüratlarını bölüşüb.

Newsport.az xəbər verir ki, ispaniyaalı mütəxəssis 26 yaşlı futbolçunun komandanın müdafiə xəttinə güc qatacağını deyib:

​"Maksansı hələ onun Bundesliqada çıxış etdiyi dövrlərdən tanıyıram. O, Premyer Liqaya mükəmməl uyğunlaşıb. Lakrua müdafiəmizə güc qatmağa qadir etibarlı oyunçudur.
​O, həm də güclü xarakterə və liderlik keyfiyyətlərinə malikdir. Bu da vacibdir. Bu, həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə əla transferdir".

Qeyd edək ki, "Çelsi" fransalı mərkəz müdafiəçisini "Kristal Pelas"dan 60 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right