İngiltərə millisinin üzvünün ayağı sındı

İngiltərənin “Souzhempton” klubu ağır itki ilə üzləşib.

Newsport.az saytının məlumatına görə, Premyer Liqanın son turunda “Suonsi Siti”yə qarşı keçirilən oyunda meydan sahiblərinin gənc yarımmüdafiəçisi Ceyms Uord-Prauz ağır zədələnib. Belə ki, futbolçunun ayağı sınıb və o, 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 19 yaşlı futbolçu İngiltərənin 21 yaşlılardan ibarət milli komandasının və “Souzhempton”un əsas üzvlərindəndir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right