Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi

"Zirə"nin sabiq məşqçisi Eltun Yaqublu yenidən bu klubda çalışacaq.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, "Zirə"nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib.

Mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, E.Yaqublu 2020-2025-ci illərdə "Zirə"də məşqçi kimi fəaliyyət göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right