Mbappe: “Messinin nə etdiyinə baxmıram”

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda İraq üzərində 3:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, görüşdə dubl edən kapitan Lionel Messinin dünya çempionatları tarixinin bombardiri rekordunu qırması ilə bağlı sualı da cavablandırıb.

“Mən bombardir olmaq barədə düşünmürəm. Mənim üçün ən vacibi komandanın güclü oyun göstərməsidir ki, özümüzə inamımız artsın. Dünya çempionatlarında həmişə qol vurmuşam, buna görə də narahat olmağa ehtiyac yoxdur. Əsas istəyim Fransa millisinin inkişaf etməsidir. Çünki sona qədər getmək istəyiriksə, bizi ciddi sınaqlar gözləyir”, - deyə Mbappe bildirib.

Messi ilə bombardirlik yarışı haqda danışan fransalı futbolçu isə bunları söyləyib:

“Xeyr, burada heç bir rəqabət yoxdur. Leo həmişə qol vurub, indi də vurur və vurmağa davam edəcək. Mən onun nə etdiyinə baxmıram. Yoxsa daha çox iş görməli olardım. Mən yalnız öz komandama diqqət yetirirəm. Qol vurduqca həmin səviyyəyə yaxınlaşırsan, amma yenə deyirəm, mənim üçün əsas məsələ Fransa millisinin inkişafıdır”.

Qeyd edək ki, Argentina millisinin kapitanı Lionel Messi Avstriya ilə oyunda (2:0) dubl edərək dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib. Mbappenin isə mundiallarda hesabında 16 qol var. Argentina artıq pley-offa vəsiqəni təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right