"Əminəm ki, o, adını İspaniya futbolunun tarixinə yazdıra biləcək"

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-da qrup mərhələsinin 2-ci turunda Səudiyyə Ərəbistanı üzərində 4:0 hesablı qələbə qazandıqları görüşdə dubl edib, bir məhsuldar ötürmə də verən Mikel Oyarzabal haqqında danışıb.

Newsport.az “NBC News”a istinadən xəbər verir ki, ispanların çalışdırıcısı millinin forvardı haqda xoş fikirlər səsləndirib:

“Mikelin Oyarzabalın komandaya təsiri çox böyükdür. Bəlkə də dünyanın istənilən digər oyunçusundan daha çox xeyir verir. Əminəm ki, o, adını İspaniya futbolunun tarixinə yazdıra biləcək. Onun statistikası sadəcə inanılmazdır. Bu mənada, onun oyunundan çox məmnunam və ümid edirəm ki, biz onu həqiqətən qiymətləndirə bilərik”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right