DÇ-2026-ya ən çox futbolçu göndərən liqa və klublar

Premyer Liqa 2026 Dünya Çempionatında ən çox futbolçu göndərən milli liqa olacaq.

Newsport.az xəbər verir ki, turnirdə 48 milli komanda iştirak edəcək və ümumilikdə 1248 futbolçu çağırılıb. Onlardan 166-sı İngiltərə Premyer Liqasında çıxış edir ki, bu, bütün liqalar arasında ən yüksək göstəricidir.

Digər liqalar üzrə göstəricilər belədir:

Bundesliqa — 101 futbolçu

La Liqa — 82

Liga 1 — 81

Seria A — 66

Səudiyyə Pro Liqası — 46

MLS və Türkiyə Superliqası — hər biri 43

İngiltərə Çempionşipi — 37

Niderland Erediviziyası — 34

Klublar arasında isə ən çox futbolçu göndərən komanda "Mançester Siti" olub — 19 oyunçu ilə.

Digər ön sıralar:

"Bavariya" — 18

"Arsenal" və PSJ — 16

"Barselona" — 14

"Mançester Yunayted" və "Kristal Pelas" — 13

"Atletiko" — 12

"Əl Hilal", "Əl-Nəssr", "Borussiya" (Dortmun), "Qalatasaray" və "Liverpul" — 11

"Milan, PSV, "Real"  və "Slaviya" (Praqa) — 10

2026 Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right