“İnter” müdafiəçisinə yeni müqavilə təklif edib

“İnter” müdafiəçisi Stefan de Vrijə yeni – qısamüddətli müqavilə təklif edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu gələcəyi ilə bağlı son qərarı isə özü verəcək. Çünki ona artıq digər klublardan da təkliflər olub.

Daha əvvəl Portuqaliya, Yunanıstan, İngiltərə və Avropanın digər ölkələrinin klublarının müdafiəçi ilə maraqlandığı bildirilib.

De Vrij 2018-ci ildən “İnter”in formasını geyinir. 34 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə ümumilikdə 17 oyunda meydana çıxıb və iki sarı vərəqə alıb. Onun Milan klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədərdir
.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right