Üç futbolçu PSJ-dən ayrıla bilər

PSJ-nin yay transfer pəncərəsində yollarını ayıra biləcəyi üç futbolçunun adı məlum olub.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Qapıçı Lyuka Şevalye, vinger Li Kan İn və hücumçu Qonsalu Ramuş Luis Enrikenin komandasında yetərincə oyun şansı qazanmadıqları üçün klublarını dəyişmək variantını nəzərdən keçirirlər.

Şevalye ötən mövsüm 26 matçda meydana çıxıb ki, bunlardan 10-da qapısını toxunulmaz saxlayıb. Li Kan İnin aktivində 39 oyunda 4 qol və 5 məhsuldar ötürmə var. Ramuş isə 45 qarşılaşmada çıxış edərək 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right