"Fənərbaxça"dan ayrılan baş məşqçi ölkəsinə üz tutur

"Fənərbaxça"dan ayrılan Domeniko Tedesko ölkəsində çalışa bilər.

Newsport.az xəbər verir ki, "Bolonya" italiyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Rafaele Palladino ilə yollarını ayıran klub Tedesko ilə danışıqlarda irəliləyiş əldə edib. 40 yaşlı məşqçinin təyinatının bu gün açıqlanacağı bildirilir.

Qeyd edək ki, Domeniko Tedesko 2025-ci ilin sentyabrından 2026-cı ilin aprelinədək "Fənərbaxça"ya rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right