Gündoğan keçmiş klubuna qayıtmağı arzulayır

“Qalatasaray”ın yarımmüdafiəçisi İlkay Gündoğan gələcəkdə “Mançester Siti”yə qayıtmaq ehtimalı barədə danışıb.

Newsport.az “City Report”-a istinadən xəbər verir ki, o, “şəhərlilər”də fərqli bir mövqedə çıxış etmə ehtimalının real göründüyünü və bu mövzunun artıq klub rəsmiləri ilə müzakirə olunduğunu söyləyib:

“Həyat yoldaşımla bu barədə zarafat etmişik və klubdakı insanlarla da müəyyən söhbətlər olub. Əlbəttə, bu bir ehtimaldır və tamamilə mümkündür. “Mançester Siti”də futbolçu kimi əlimdən gələnin ən yaxşısını etdim. Niyə gələcəkdə özümü orada başqa bir rolda sınamayım?”

35 yaşlı yarımmüdafiəçi 2016–2023 və 2024–2025-ci illərdə “Mançester Siti”nin formasını geyinib və klubun uğurlarında mühüm rol oynayıb. Onun “Qalatasaray”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədər qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right