Darvin Nunyes "Yuventus"un transfer hədəfinə çevrilib

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Darvin Nunyes karyerasını yenidən Avropada davam etdirə bilər.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, "Yuventus" 26 yaşlı hücumçu ilə maraqlanır.

Turin təmsilçisinin yayda uruqvaylı forvard üçün təklif göndərəcəyini gözləyir.

Xatırladaq ki, Nunyesin "Əl-Hilal"la 2028-ci ilin yayınadək müqaviləsi var. O, cari mövsüm 24 matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu daha əvvəl İngiltərədə "Liverpul"un formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right