“Yuventus” yaxın günlərdə iki vacib müqaviləni rəsmiləşdirməyi planlaşdırır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu baş məşqçi Luçano Spalletti və hücumçu Duşan Vlahoviçlə yeni sözləşmə imzalamağa yaxındır.
Hər iki anlaşmanın müddəti 2028-ci ilə qədər olacaq və klub rəhbərliyi prosesin problemsiz tamamlanacağına inanır.
Spallettiyə illik 6 milyon avro maaş təklif olunub. Vlahoviç isə ildə 7 milyon avro qazanacaq, əlavə olaraq ciddi məbləğdə imza bonusu da nəzərdə tutulub.
Yuventus növbəti oyununu aprelin 6-da “Cenoa”ya qarşı keçirəcək. Turinlilər hazırda 30 turdan sonra A Seriyasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.