"Flamenqo" baş məşqçisi Filipe Luis ilə müqaviləyə xitam verib

Braziliyanın "Flamenqo" klubu baş məşqçisi Filipe Luis ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis martın 3-dən etibarən peşəkar komandadakı vəzifəsindən kənarlaşdırılıb.

Onunla birlikdə köməkçisi İvan Palanko və fiziki hazırlıq üzrə məşqçi Dioqo Linyares də klubu tərk ediblər.

Qeyd edək ki, Luis 2024-cü ildən "Flamenqo"ya rəhbərlik edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right