“Atletiko” Alvaresi Nunyeslə əvəzləmək istəyir

“Atletiko” Darvin Nunyesi heyətinə qatmaq istəyir. Madridlilər yayda komandanı tərk edəcəyi gözlənilən Xulian Alvaresi məhz uruqvaylı ilə əvəzləmək niyyətindədir.

Newsport.az xəbər verir ki, “Barselona”nın hədəfində olan Albaresə PSJ də müştəri düşüb. Argentinalı mövsüm bitən kimi bu iki klubdan birinə yollanacaq. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Nunyesin ona layiqli xələf olacağına əmindir.

“Liverpul”da uğursuz mövsümdən sonra ötən il “Əl-Hilal”a satılan Darvin Səudiyyə Ərəbistanına öyrəşə bilmir. Asiyalılar 53 milyon avroya aldığı oyunçunu daha ucuz qiymətə satmağa razıdır. İki illik müqaviləsi qalan 26 yaşlı forvard isə daha az maaşa Avropaya qayıtmağa can atır.

Bu məsələdə “Atletiko”ya yeganə problem Darvinin daha iki müştərisinin olmasıdır. “Yuventus”la “Nyukasl” da uruqvaylı üçün hərəkətə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right