“Mançester Siti”nin hücumçusu Erlinq Halandın adı son vaxtlar “Real”la əlaqələndirilir. Norveçli futbolçu ilə müqavilə imzalamaq Madrid klubu üçün çətin olacaq, amma Haland özü təşəbbüs göstərsə, hər şey mümkündür.
Newsport.az “El Nacional”-a istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola şayiələr fonunda vəziyyətə müdaxilə edib. O, Halandın yaxın aylarda “Real”la bağlı “səs-küy”dən uzaq dayanmasını və mövsümün həlledici məqamlarında oyuna fokuslanmasını istəyib.
Qvardiola mövsümün həlledici anlarında onun oyunlara diqqət yetirməsinin vacib olduğunu düşünür.
25 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü ilin ortalarına qədərdir.