Lissabonda nə baş verdi?

Dünən Çempionlar Liqası pley-off mərhələsinin “Benfika” – “Real” oyununda (0:1) baş verənlər ciddi rezonans doğurub. Hətta Braziliya Futbol Konfederasiyası da bəyanat yayıb.

Oyunda yeganə qolu vuraraq komandasına qələbə qazandıran Vinisius Juniorun irqçiliyə məruz qalıb. Qoldan sonra sevincini qeyd edən braziliyalı futbolçuya qarşı “Benfika”nın oyunçusu Canluka Prestyanni tərəfindən irqçi ifadələrin səsləndirildiyi bildirlir. Bundan sonra Vinisius meydanı tərk etməyə cəhd edib və qarşılaşma təxminən 10 dəqiqə dayandırılıb.

Matçdan sonra hadisə ilə bağlı danışan Vinisius bildirib: “İrqçilər hər şeydən əvvəl qorxaqlardır. Onlar acizliklərini göstərmək üçün ağızlarını köynəklə bağlamalıdırlar, amma nəzəri olaraq onları cəzalandırmalı olanların himayəsi altındadırlar. Bu gün baş verənlər nə mənim , nə də komandamın həyatında yeni bir şey deyil. Hətta qolu bayram edərkən sarı vərəqə almağımı da anlamıram. Hamı “Real”ın qələbəsindən danışmalı olduğu halda bu iyrənc olay gündəm olub”.

İspaniya mətbuatının yazdığına görə, məsələ ilə bağlı UEFA UEFA Çempionlar Liqasının intizam araşdırmasına başlayıb. UEFA hadisənin bütün iştirakçılarını dindirməyi planlaşdırır. Onların arasında oyundan sonra açıq şəkildə açıqlama verərək “Benfika”nın yarımmüdafiəçisi Prestyanninin irqçi ifadələr işlətdiyini deyən Kilian Mbappe də var: “Prestyanni daha bu yarışda oynamamalıdır. Biz gənclərə örnək olmalıyız, belə hadisələr yolverilməzdir. O, Vinisiusa 5 dəfə “meymun” dedi. Ağzını köynəklə bağlayıb söyləyrdi. Bu əxlaqsızlıqdır. Vinisiusu tək buraxmayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right