"Qarabağ"ın legioneri Türkiyə klubuna icarəyə verilə bilər

"Qarabağ"ın futbolçusu Kris Kuaku mövsümün sonunda komandadan ayrıla bilər.

Newsport.az saytına verilən məlumata görə, Ağdam klubu yarımmüdafiəçisini Türkiyə I Liqasında yarışan klublardan birinə icarəyə verə bilər.

Fil dişi sahilindən olan futbolçunun yayda onunla maraqlanan klublardan birinə icarəyə göndəriləcəyi gözlənilir.

Kuakunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 2025-ci ildən Ağdam klubunda oynayır. Bundan əvvəl isə Kris “Sfaksen”, “Midtyülland”, “Mafra” komandalarında çıxış etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right