"Borussiya" Braziliyadan müdafiəçi gətirir

"Borussiya" müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Newsport.az xəbər verir ki, Dortmund təmsilçisi "Kruzeyro"da çıxış edən Kaua Pratesin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Borussiya" 17 yaşlı sol cinah müdafiəçisi üçün Braziliya klubuna 7+5 milyon avro təzminat ödəyəcək. Braziliya U-17 millisinin üzvü yayda yeni komandasının düşərgəsinə qoşulacaq.

Kaua Prates "Kruzeyro"nun yetirməsidir. Gənc oyunçu 2025-ci ilin yayından əsas komandada çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right