İtaliya kuboku: Sonuncu yarımfinalçı “Latsio” oldu

İtaliya kubokunun sonuncu yarımfinalçısı müəyyənləşib.

Newsport.az xəbər verir ki, 1/4 finalın sonuncu görüşü “Bolonya” ilə “Latsio” arasında baş tutub. Penaltilər seriyasında qalib gəlmiş “Latsio” yarımfinala yüksəlib.

Xatırladaq ki, daha öncə “İnter”, “Atalanta” və “Komo” da yarımfinala yüksəlmişdi. Növbəti mərhələdə “Komo” “İnter”lə, “Latsio” isə “Atalanta” ilə mübarizə aparacaq.

İtaliya kuboku
1/4 final mərhələsi
11 fevral

Bolonya – Latsio 1:1 (penaltilər 1:4)
Qollar: S.Kastro, 30 – Noslin, 48.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right