İspaniyalı hücumçu bu il meydana çıxa bilməyəcək

“Portu”nun hücumçusu Samuel Aqehovanın zədədən sonra yaşıl meydanlara qayıdış müddəti bəlli olub.

Newsport.az xəbər verir ki, ispaniyalı forvard təkcə cari mövsümün qalan hissəsini və 2026-cı il dünya çempionatını buraxmayacaq, hətta 2026-cı ilin sonuna qədər meydana çıxa bilməyə bilər.

Aqehova fevralın 9-da, Portuqaliya Premyer Liqasının 21-ci turu çərçivəsində Lissabon “Sportinq”i ilə (1:1) oyunda dizindən zədələnmiş və fasilədə əvəzlənmişdi. Klubun tibbi müayinəsi onda ön çarpaz bağın qopmasını aşkarlayıb.

Aqehovanın “Portu” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 32 matçda iştirak edib, 20 qol vurub və 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right