2027-ci ildə 20 yaşınadək futbolçular arasında keçiriləcək dünya çempionatı ilə bağlı işlərə start verilib. Azərbaycanın Özbəkistanla birgə təşkil edəcəyi yarışa hazırlıq məqsədilə ilkin addımlar atılır.
Newsport.az xəbər verir ki, artıq FIFA nümayəndələri təftişə başlayıb. Qurumun nümayəndə heyəti iki ölkədə mövcud vəziyyətlə tanış olur. FIFA-nın bir qrup əməkdaşı ölkəmizdə olub, hazırlıqların gedişi ilə tanış olub.
Əldə etdiyimiz məlumata görə, onlar bir neçə şəhərdə olub, yarışların keçirilməsi planlaşdırılan idman qurğuları ilə tanış olub. Daha sonra nümayəndə heyəti Özbəkistana yola düşüb.