Fransa millisinin hücumçusu İstanbul klubunun hədəfində

"İnter"in hücumçusu Anj-Yoan Bonni karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

"Fənərbaxça" Fransa U-21 millisinin üzvünün xidmətində maraqlıdır. İstanbul təmsilçisi 22 yaşlı forvardı satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Anj-Yoan Bonni bu mövsüm "İnter"in heyətində keçirdiyi 26 oyunda 6 qol vurub, 6 qol ötürməsi edib. Onun İtaliya klubu ilə müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right