“Çelsi” 17 yaşlı futbolçu transfer etdi

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, London təmsilçisi “Şeffild Uenzdey”dən İsi Alaonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

“Çelsi” gənc futbolçu üçün 500 min avro ödəyib.

Qeyd edək ki, ingiltərəli müdafiəçi "Şeffild Uensdey"ın yetirməsidir. O, bu mövsüm Çempionşip təmsilçisinin əsas komandasının heyətində 5 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right