Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" PTT I Liqasının III turuna hazırlaşır.
Newsport.az xəbər verir ki, futbolçumuzun komandası bu tur "Şanlıurfaspor"un qonağı olacaq.
Sabah baş tutacaq matç, Qaziantepdəki "Kamil Ocak" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19.00-da start götürəcək. Bu məqsədlə, Elazığ klubu dünən səfərə gedib. 23 nəfərlik heyətdə Cavid də var.