İsveç milli komandasının forvardı – həmişə qalmaqallı açıqlamaları ilə diqqət mərkəzində olan Zlatan İbrahimoviç bu dəfə də özünəməxsus açıqlama ilə diqqət fərqlənib.
Newsport.az-ın məlumatına görə, o, mill komandasının Avro 2016-nın "pley off” mərhələsində Dnaimarkaya qalib gəldikləri oyun haqqındadanışarkən bunları deyib: "Cütün taleyinin Danimarkada həll olunması çox xoş idi. Danimarka azarkeşləri mənim təqaüdə çıxmaq vaxtım olduğunu bildirirdilər. Yekunda isə mən bütün danimarkalıları təqaüdə göndərdim. Avropa çempionatına yüksəlmək mənim qismətimdi. Bəziləri artıq yaşlaşıb, zəiflədiyimi deyirlər. Lakin belə deyil”.
Qeyd edək ki, 2 oyunun nəticəsinə görə İsveç Danimarkanı 4:3 hesabı ilə üstələyib ki, isveçlilərin vurduğu 4 qoldan 3-nün müəllifi İbrahimoviç olub.