Bir neçə gün öncə Fransanın paytaxtı Parisdə baş verən terror hücumundan sonra gələn il bu ölkədə keçiriləcək qitə birinciliyinin məkanının dəyişdiriləcəyilə bağlı söz-söhbət yayıldı.
Newsport.az-ın məlumatına görə, Avropanın ali futbol qurumu UEFA bu gün sözügedən məsələylə bağlı bəyanat yayıb.
Qurumun rəsmi saytında yayımlanan bəyanatda gələn ilki Avropa çempionatının əvvəldən nəzərdə tutulduğu kimi Fransada keçiriləcəyi qeyd edilib. Bəyanatda həmçinin Fransanın təhlükəsizlik tədbirlərini lazımi qaydada həyata keçirəcəyinə inam vurğulanıb.
Bir müddət öncə AÇ-2016-nın təşkilat komitəsinin sədri Jak Lamber də çempionatın məkanının dəyişdirilməyəcəyini açıqlamışdı. İlk dəfə 24 komandanın iştirak edəcəyi qitə birinciliyi gələn il, iyunun 10-dan iyulun 10-dək davam edəcək.