İsveçrədə biabırçılıq: Qapıçının suyunu murdarladılar

İsveçrənin 4-ci liqasının "Baden" - "Muri" qarşılaşmasında biabırçılıq yaşanıb.

Newsport.az saytının məlumatına görə, meydan sahiblərinin azarkeşləri qarşılaşma ərzində qonaq komandanın qolkiperinin suyunu oğurlayıb, içinə sidikləyərək yerinə qaytarıblar. Hadisədən xəbərsiz olan qolkiper Reto Felder suyu içməyə başlayıb.

Oyundan sonra mətbuata açıqlama verən 34 yaşlı futbolçu hadisənin sadəcə murdarçılıq olduğunu bildirib:

"Əvvəllər belə hadisə ilə qarşılaşmadım. Bu hadisə tamamilə iyrənclikdir. İlk qurtumu içdiyimdən suyun isti olduğunu hiss elədim. İkinci qurtumuda isə hər şey mənə aydın oldu. Bununla bağlı bütün hüquqi məsələlərin arxasında düşəcəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right