Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Metallurq” (Zaporojye) klubu ilə qalmaqala düşüb.
Newsport.az-ın məlumatına görə, bu komandanın kapitanı Vitali Lisitskoqonun 11-ci turda qarşılaşdıqları “Çernomorets”lə oyunu rəqibə satdığı iddia olunur. Bunu hətta komandanın gənc futbolçuları da iddia ediblər. Onlar təcrübəli komanda yoldaşlarının anlaşılmaz matç keçirdiyini bildiriblər. Maraq üçün qeyd edək ki, Pavel də sözügedən görüşdə 90 dəqiqə meydanda olmuşdu.