Dünən FİFA prezidenti olmağa namizdələr üçün sifariş ərizələrini vermək baxımından son tarix idi.
Newsport.az-ın məlumatına görə, Liberiya Futbol Federasiyasının rəhbəri Musa Bilitinin namizədliyini təsdiqləməsiylə toplam namizəd sayı 8-ə çatıb.
Digər namizədlər bunlardı: Trinidad və Tobaqonun sabiq kapitanı Devid Nahid, UEFA prezidenti Mişel Platini, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Jerom Şampan, Cənubi Afrikalı millioner Tokio Sevale, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının rəhbəri, Bəhreyn şüyxi Salman İbrahim Əl-Xəlifə.
Qeyd edək ki, FİFA prezidenti postu uğrunda seçki 2016-cı il fevralın 26-da baş tutacaq.