Ansi Aqollinin komandası Ermənistandan oyun alıb?

Serbiya və Albaniya mətbuatı Albaniya yığmasının 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə oyun almaqla yüksəldiyini iddia edib.

Newsport.az-ın məlumatına görə, bu ölkələrdən olan həmkarlarımızın iddiasına görə, albanlar Ermənistanla son turdakı qarşılaşmada oyun alıblar.

Albaniyadan olan futbol funksionerlərinin ermənilərə 2 milyon avro pul ödədiyi bildirilir. Əvəzində isə Ermənistan öz meydanında 0:3 hesablı məğlubiyyətə razılaşıb.

Qeyd edək ki, Albaniya yığmasında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right