Azərbaycanın qadın voleybol millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın növbəti mərhələsini ölkə xaricində davam etdirəcək.

Federasiyadan Newsport.az-a verilən məlumata görə, komanda bu gün geniş heyətlə Bosniya və Herseqovinaya yola düşüb.

Ataman Güneyligilin rəhbərlik etdiyi yığma Zenitsa şəhərində bir həftəlik təlim-məşq toplanışı keçəcək. Oradakı hazırlıqlar çərçivəsində Bosniya və Herseqovina yığması ilə bir neçə yoldaşlıq görüşü nəzərdə tutulub.

İyulun 24-də isə milli Bakıya qayıdacaq və hazırlığı paytaxtda davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right