Daha bir idmançımız Paris-2024-ə lisenziya qazandı

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü  Orxan Aslanov Fransanın paytaxtı Parisdə keçirilən Dünya çempionatında uzunluğa tullanma növündə (T13 kateqoriyasında) 4-cü yerə çıxıb.

Newsport.az-ın məlumatına görə, idmançı 9,95 metr nəticə ilə bu sıranı tutub. Aslanov bununla da Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, bundan öncə Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə Paris-2024-ə lisenziya əldə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right