Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri iyulun 7-də İtaliyada start götürəcək “Turin Acro Cup” turnirində mübarizə aparacaqlar.
Federasiyadan Newsport.az-a verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Zeyniyeva, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu 9-cu dəfə təşkil olunacaq beynəlxalq yarış üçün Turin şəhərinə yola düşüb.
Qeyd edək ki, turnir iyulun 9-dək davam edəcək.