2023/2024 mövsümündə Azərbaycan çempionatında yeni komanda mübarizə aparacaq

Yeni mövsümdən Azərbaycan basketbol liqasında komanda sayı artırılacaq.

Newsport.az-ın məlumatına görə, çempionatda iki yeni kollektiv mübarizə aparacaq. Həmin komandalardan birinin adı dəqiqləşib. Bu, Sumqayıt təmsilçisidir. Böyük ehtimalla, həmin komandanın adı elə "Sumqayıt" adlandırılacaq. İkinci komandanın da paytaxt təmsilçisi olmayacağı gözlənilir.

İddialara inansaq, "Turan Tovuz"un yüksək liqada oynamaq istəyində olduğu bildirilir. Yaxın günlərdə 10-cu komandanın kimliyinə aydınlıq gətiriləcək. Digər 8 komanda isə ötən mövsüm yüksək liqada mübarizə aparmış: “Sabah”, “Sərhədçi”, “Gəncə”, NTD, “Neftçi” İK, “Olimpik Şəki”, “AAAF Xırdalan”, “Zirvə Astara"dır.

Yeri gəlmişkən, ölkə çempionatında legioner limiti ilə bağlı dəyişiklik edilməyəcək. Azərbaycan Basketbol Federasiyası 2023/2024 mövsümündə də 3+2 limitinə üstünlük verəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right