Albaniyanın paytaxtı Tiranada 17 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatı davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov final görüşünə çıxıb.
55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada ermənistanlı Samvel Gevorqyanla üz-üzə gəlib. Güləşçimiz rəqibinə tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.