Şəhriyarın növbəti rəqibi Firuzca oldu

Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirində növbəti oyununu keçirəcək. 38 yaşlı qrossmeyster II turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə üz-üzə gələcək.

Şahmatçımız hazırda 1,5 xalla Uesli So (ABŞ) və Aniş Giri (Niderland) ilə birlikdə 3-5-ci yerləri bölüşdürür. Məmmədyarov ilk turda yerli idmançı Aryan Tariyə armageddonda qalib gəlib. Firuzca isə hindistanlı Qukeş Dommarakuya uduzub.

“Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right