“Alpin” komandasının pilotu: “Bakı treki “Formula 1” üçün çılğındır, buranı sevirəm”

“Bakı treki “Formula 1” üçün çılğındır, buranı sevirəm”.

Newsport.az xəbər verir ki, bunu “Alpin” komandasının pilotu Pyer Qasli Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

2021-ci ildə Bakıdakı yarışda üçüncü yeri tutan 27 yaşlı fransalı sürücü həftəsonu baş tutacaq Azərbaycan Qran-prisində birincilik arzusunda olduğunu söyləyib: “Gözəl Bakı treki ilə qısa fasilənin ardından həyəcan yenidən başlayır. Kəşf edəcəyimiz maraqlı formatımız var. Bütün şanslardan istifadə edərək, həm sprint, həm də əsas yarışda uğur qazanmaq istəyirik. İki il əvvəl Bakıda podiuma çıxmışdım. Orada risk alaraq problemlərdən qaçdım və üçüncü oldum. Bakı trekində hər şey mümkündür”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 28-30-u tarixlərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right